Azərbaycan Skautlar Assosiasiyası (ASA)

Azərbaycan Skautlar Assosiasiyası (ASA) 1997-ci il 11 oktyabr tarixində təsis olunmuşdur və 2000-ci il 20 avqustda Ümumdünya Skaut Hərəkatı Təşkilatına tam hüquqlu üzv qəbul edilmişdir.

ASA öz fəaliyyətini Ümumdünya Skaut Hərəkatı Təşkilatının məqsədi, prinsipləri, qanunları və qaydalarına əsasən qurmuşdur.

Onun başlıca məqsədi öz ölkəsinin gənclərinin tərbiyyə olunmasına, vətənpərvər, kamil və layiqli Azərbaycan vətəndaşlarının formalaşdırılmasına kömək göstərməkdir.

Bundan başqa, skaut kamplar zamanı skautlar qeyri-adi vəziyyətlərdən çıxış üsullarını, dağçılıq və s. bu kimi idman sahələrinin müasir avadanlıqlarından istifadə və yaralıya ilk tibbi yardım göstərmək qaydalarını öyrənirlər.

Eyni zamanda respublikada skautlar xarici ölkələrdə keçirilən beynəlxalq gənclər tədbirlərində, kamplarda, təlim kurslarında, konfranslarda, iclaslarda iştirak edərək Azərbaycanı layiqincə təmsil etmişlər. Keçən illər ərzində assosiasiya üzvləri Böyük Britaniyada «Qilverd Park» təlim mərkəzində Skaut üzvləri üçün ən yüksək səviyyəli sayılan təlim kurslarını müvəffəqiyyətlə başa vurmuş, Meksikada keçirilən skaut liderlərinin XI Ümumdünya toplantısında iştirak etmiş, ABŞ, İsveçrə, Polşa, Yunanıstan, Macarıstan, Fransa, Rusiya, Belarusiya, Gürcüstan, Almaniya, Birləşmiş Ərəb Əmirliklərində, Misirdə, Türkiyədə və digər ölkələrdə gənclərin beynəlxalq düşərgələrində birgə tədbirlərə qatılmışlar.

Assosiasiya üzvləri ənənəvi olaraq hər ilin payızında internetdə və radioda gənclərin ümumdünya toplantısında iştirak edir. Həmin günlər bütün dünya skautları internet və radio vasitəsilə bir birilə əlaqə yaradaraq, gördükləri faydalı işlər haqqında fikir mübadiləsi aparır, dünya gənclərini narahat edən problemlər haqda söhbət edirlər.

Ən başlıcası isə gənclər arasında dostluq əlaqələri daha da genişlənir.


No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.