Skaut tarixi

Skaut hərəkatı ilk dəfə 1907-ci ildə Böyük Britaniyada Lord Baden Pauell tərəfindən yaradılmışdır.

Hərəkat qısa müddət ərzində bütün dünyada geniş yayılaraq, gənclər arasında çox məşhurlaşmışdır.

Hazırda 216 dünya ölkələrindən 35 milyon uşaq, yeniyetmə və gənc onun sıralarında birləşərək, «Hər gün bir xeyirxah iş görək» devizi altında fəaliyyət göstərirlər.

Yarandığı dövrdən indiyədək planetimizin 300 milyondan çox sakini skaut hərəkatının üzvü olmuşdur. Ümumdünya Skaut Hərəkatı Təşkilatı 6 coğrafı regiona bölünmüşdür. Onun Kosta-Rikada, Misirdə, Keniyada, Filippində, İsveçrədə və Qurzufda nümayəndəliyi vardır. Ümumdünya təşkilatının mənzil qərargahı İsveçrədədir.


No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.